Bakı 6˚C Sunny

Peruda etirazlar: 23 nəfər öldü

Hadisə 01:58 19 dek, 2022
Peruda etirazlar: 23 nəfər öldü

Peruda etirazlar zamanı ölənlərin sayı 23 nəfərə çatıb

Qazet.az xəbər verir ki, ölkədə siyası böhran fonunda kütləvi nümayişlər səngimək bilmir

Xatırladaq ki, Peru Respublikasının Konqresi dekabrın əvvəlində prezident Pedro Kastilonun impiçmentini elan edib. Hətta parlamentin buraxılması və komendant saatının tətbiqi də dövlət başçısına kömək etməyib.

Tezliklə prezident deputatların tərəfinə keçən polis tərəfindən saxlanılıb. Ölkədə ilk dəfə qadın dövlət başçısı kimi vitse-prezident Dina Boluarte and içib.

Bundan sonra Peruda kütləvi etirazlar başlayıb. Hökuməti 30 günlük fövqəladə vəziyyət tətbiq etməli olub.

Qeyd edək ki, növbəti prezident seçkiləri 2024-cü ilə təyin edilib.