Peruda hökumət əleyhinə etirazlarda ən azı 12 nəfər ölüb
Hadisə
07:14 10 yan, 2023
Perunun Hulyaka şəhərində hökumət əleyhinə etirazlar zamanı azı 12 nəfər ölüb, 38 nəfər yaralanıb.
Qazet.az xəbər verir ki, bu barədə San-Roman əyalətinin səhiyyə sistemi məlumat yayıb.
Qeyd olunub ki, ölənlərdən biri azyaşlıdır.
Yanvarın 6-da şəhərin hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb.
Nümayişçilər dövlət başçısı Dina Boluartenin istefasını və prezident seçkilərinin yenidən keçirilməsini tələb edirlər.