Bakı 25˚C Partly sunny

Perunun mərkəzi Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTOLAR

Siyasət 14:00 09 noy, 2022
Perunun mərkəzi Azərbaycan bayrağı ilə işıqlandırıldı -  FOTOLAR

Zəfər Günü münasibətilə Perunun paytaxtı Lima şəhərinin ən çox ziyarət edilən “Parque de la Reserva” mərkəzi parkında şəhər bələdiyyəsinin dəstəyi ilə musiqili fəvvarə işıqlandırılıb və videoproyeksiya nümayiş olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən Qazet.az-a bildiriblər ki, nümayiş zamanı parkın fəvvarələri xüsusi lazer işıqlandırma texnologiyası ilə Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb, eyni zamanda, fəvvarənin üzərində gecə boyu Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi, Bakıda təşkil olunmuş Zəfər paradı, işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa işləri, “Xarıbülbül” beynəlxalq musiqi festivalı, o cümlədən ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti barədə videoçarxlar nümayiş etdirilib.