Perunun müdafiə naziri istefa verdi
Gündəm
14:34 15 noy, 2021
O, istefadan sonra tvitter hesabında yazıb: “Bu işləri kənara qoyun”
Perunun müdafiə naziri Volter Ayala istefa verib.
Qazet.az xəbər verir ki, Volter Ayala hərbi məsələlərdən dolayı Peru prezidenti ilə arasında yaranmış fikir ayrılığına görə istefa verib.
Prezident ilə müdafiə naziri arasındakı ixtilafa səbəb ordunun və hava qüvvələrinin bəzi yüksəkrütbəli komandanlarının vəzifə təyinatı ilə bağlı olub.
Müdafiə naziri Volter Ayala ölkə başçısının və hökumətin təzyiqləri ilə ordunun və hava qüvvələrinin bəzi yüksəkçinli hərbçilərinin rütbələrinin qaldırılması və onlardan bir qisminin vəzifədən kənarlaşdırılmasına görə istefa verib.