Peskov: "Sovet İttifaqının yenidən qurulması mümkün deyil"
Gündəm
15:52 09 dek, 2021
Dmitri Peskov Viktoriya Nulandın fikirlərinə münasibət bildirib
“Mən əminəm ki, xanım Nuland bizim hər birimiz və digər mütəxəssislər kimi yaxşı anlayır ki, Sovet İttifaqının yenidən qurulması mümkün deyil”.
Qazet.az xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
O, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Moskvanın SSRİ-ni yenidən birləşdirmək istəyi barədə açıqlamasına münasibət bildirərkən deyib.