Peskovdan Ermənistana sərt etiraz: “Bu, təxribatdır”
Siyasət
16:31 27 dek, 2022
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın bəyanatını “təxribat” adlandırıb.
Qazet.az xəbər verir ki, Kremlin sözçüsü Ermənistan rəsmisinin iddiasının həqiqəti əks etdirmədiyini bildirib.
“Belə bəyanatları təxribat xarakterli hesab etmək olar. Bunlar reallığa uyğun gəlmir. Rusiya rəsmilərinin heç biri bunu deməyib və heç kimin vasitəsilə erməni tərəfinə təqdim etməyib”, - Peskov vurğulayıb.
Qriqoryan bundan əvvəl Rusiyanı Laçın yolunu bağlamaqda ittiham edib. Onun sözlərinə görə, Rusiya Ermənistandan Azərbaycana dəhliz verməyi və Rusiya-Belarus ittifaqına qoşulmağı tələb edir.