Bakı 16˚C Intermittent clouds

Peterburqda silahla gəzən azərbaycanlı saxlanıldı

Gündəm 23:51 18 okt, 2021

Ekspertiza silahın atəşə yararlı olduğunu müəyyən edib. 

Peterburqda silahla gəzən azərbaycanlı saxlanıldı

Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad Bölgəsi Baş İdarəsinin əməkdaşları üzərində tapança gəzdirən 49 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.

“Qazet.az” Rusiya mediasına istinadən xəbər verir ki, işsiz olan və bu ilin sentyabrından miqrasiya orqanlarında qeydiyyata alınan şəxsdən götürülən tapançada 8 güllə olub.

Ekspertiza silahın atəşə yararlı olduğunu müəyyən edib. Hazırda cinayət işinin açılması məsələsi həll olunur.