"Peugeot" minə yaxın avtomobili geri çağırır
Biznes
19:22 06 apr, 2022
Qərar avtomobillərdə arxa təkərlərin möhkəmlənməsi ilə bağlı mümkün qüsurlarla əlaqədar qəbul edilib
"Pejo Sitroen Rus" şirkəti Rusiyada minə yaxın "Peugeot" avtomobilini geri çağırır.
Qazet.az-ın məlumatına görə, qərar avtomobillərdə arxa təkərlərin möhkəmlənməsi ilə bağlı mümkün qüsurlarla əlaqədar qəbul edilib.
Geri çağırılma 2020-ci ilin noyabrından 2021-ci ilin oktyabrınadək Rusiyada satılmış "Peugeot 408" və "Peugeot Partner" avtomobillərinə şamil olunur.
Ümumilikdə 966 avtomobil geri çağırılır.
Qeyd olunur ki, həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək.