Bakı 1˚C Cloudy

Peyvənd olunan insanlar nə üçün ölür? - Həkim rəyi

Gündəm 18:13 09 noy, 2021

Böyük Britaniyanın Sanitariya və Epidemioloji Təhlükəsizlik Agentliyinin baş həkim-məsləhətçisi Syuzan Hopkins peyvənd olunan insanlar arasında ölüm hallarından danışıb

Peyvənd olunan insanlar nə üçün ölür? - <span style="color:red">Həkim rəyi</span>

COVID-19-a qarşı peyvənd edilmiş britaniyalıların ölümünün əsas səbəbi zamanla vaksinlərin effektivliyinin azalmasıdır. 

Bunu Böyük Britaniyanın Sanitariya və Epidemioloji Təhlükəsizlik Agentliyinin baş həkim-məsləhətçisi Syuzan Hopkins BBC-yə bildirib.

"Biz əsasən peyvənd olunmamış əhali arasında ölümləri qeydə almağa davam edirik, lakin immunitetin azalması səbəbindən peyvənd edilmiş qrupda da daha çox ölüm baş verir", - deyə o vurğulayıb.

Hopkins bildirib ki, peyvəndlərin təsiri risk qruplarında (70 yaşdan yuxarı insanlar və başqa xəstəliklərdən əziyyət çəkənlər) olan xəstələr olanlarda daha sürətlə zəifləyir.

“30 yaşında sağlam bir insansınızsa, iki doza sizi daha uzun müddət qoruyacaq. Ona görə də bu insanlar üçüncü dozanı tez bir zamanda almalıdırlar”, - deyə həkim vurğulayıb. Hopkins qeyd edib ki, Böyük Britaniyada revaksinasiya sürəti "olduqca yaxşı" olsa da, bu, əsas peyvənd kampaniyasından geridə qalır.

Daha əvvəl amerikalı alimlər müəyyən etmişdilər ki, istənilən növ peyvənd tərəfindən təmin edilən qorunma fevralda 87,9 faizdən 2021-ci ilin oktyabrına qədər 48,1 faizə enib. ABŞ-da aparılan başqa bir araşdırma göstərdi ki, altı ay sonra gücləndirici peyvəndlər resus meymunlarında koronavirusa qarşı neytrallaşdırıcı anticisimlərin sayını əhəmiyyətli dərəcədə artırıb.

Mənbə