Bakı 15˚C Intermittent clouds

Peyvənd olunanların sayı açıqlandı

Gündəm 16:38 13 okt, 2022
Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son gündə koronavirus əleyhinə 942 vaksin vurulub.

Bu barədə Qazet.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 334, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 165, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 379, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 64 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 900 619 təşkil edir.