Peyvənd olunanların sayı açıqlandı
Cəmiyyət
19:41 25 yan, 2022
Son sutkada koronavirus (COVID-19) əleyhinə 31 667 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 667 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 878, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 539 nəfərdir.
