Bakı 5˚C Partly sunny

Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət 20:28 06 noy, 2022
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 394 nəfər vaksinasiya olunub.

Qazet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 96, ikinci doza vaksinlərin sayı 54 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 201-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 43 olub.