Bakı 16˚C Intermittent clouds

Peyvənd olunanların sayı açıqlanıb

Gündəm 19:58 22 okt, 2021

İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 112 nəfərdir

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 886 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 112 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 320 558, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 024 500, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 296 058 təşkil edir.