Bakı 2˚C Mostly cloudy

Peyvənd vurdurmaq hər il tələb olunacaq - Şahin

Cəmiyyət 18:02 21 noy, 2021

Peyvəndin qoruyucu təsiri dördüncü aydan aşağı düşməyə başlayır

Peyvənd vurdurmaq hər il tələb olunacaq -<span style="color:red"> Şahin</span>

Koronavirusa qarşı peyvəndin vurulması çox güman ki, hər il tələb olunacaq.

Qazet.az xəbər verir ki, bunu "BioNTech" əczaçılıq şirkətinin baş direktoru və qurucusu Uğur Şahin deyib.

“Fakt odur ki, üçüncü peyvənd müdafiə əhəmiyyətli dərəcədə qaldırır. Müvafiq olaraq, biz bunun peyvəndin iki dozasından daha uzun sürəcəyini gözləyirik və sonrakı buster doza ildə yalnız bir dəfə tələb oluna bilər”, - Şahin bildirib.

Uğur Şahinin sözlərinə görə, peyvəndin qoruyucu təsiri dördüncü aydan aşağı düşməyə başlayır, altıncı aydan isə əhəmiyyətli dərəcədə azalır, lakin buna baxmayaraq xəstəliyin ağır gedişindən qoruyur.