Peyvənd yoluxmanın qarşısını alacaq, ancaq... - Professor
Cəmiyyət
12:26 03 okt, 2021
Peyvənd yoluxmanın qarşısını alacaq

Həqiqətən də yaxşı bir peyvənd virusa yoluxmuş olsanız da, ağırlaşmanın qarşısını alacaq, amma təəssüf ki, bütün peyvəndlər mükəmməl deyil.
Qazet.az xəbər verir ki, bunu ABŞ-ın Emori Universitetinin professoru Rustom Antia koronavirusa qarşı peyvəndin digər peyvəndlər kimi uzunmüddətli qorunma təmin etmədiyi haqda danışarkən deyib.
"Əldə edilən effektivlik peyvəndin səbəb olduğu immun reaksiyasının böyüklüyünə, ortaya çıxan antikorların nə qədər tez pozulmasına, virus və ya bakteriyaların mutasiyaya uğramasına və infeksiyanın yerləşməsinə görə dəyişir", - deyə professor bildirib.(axar.az)