“Pfizer” “Omicron”a qarşı dərman istehsal etdi
Cəmiyyət
12:35 15 dek, 2021
2246 yüksəkriskli xəstə üzərində aparılmış araşdırmalar nəticəsində hazırlanan dərman "Paxlovid" adlanır
"Pfizer" şirkəti koronavirusun "Omicron" variantına qarşı dərman istehsal edib.
Qazet.az xəbər verir ki, bu barədə şirkətin saytında yazılı açıqlama dərc olunub.
Məlumata görə, 2246 yüksəkriskli xəstə üzərində aparılmış araşdırmalar nəticəsində hazırlanan dərman "Paxlovid" adlanır.
Onun koronavirusdan ölüm və ya ağırlaşma riskinə qarşı 89 faiz profilaktik təsirə malik olduğu bildirilib.
Qeyd edək ki, artıq "Paxlovid"in təcili istifadəsi üçün ABŞ Qida və Dərman Vasitələri Agentliyinə (FDA) müraciət edilib.
Müvafiq icazənin veriləcəyi təqdirdə dərman vasitəsi ABŞ apteklərində satışa çıxarılacaq.