Bakı -9˚C Showers

"Pfizer" peyvəndi 12-15 yaşlı uşaqlarda 100 faiz effekt göstərib

Gündəm 11:35 23 noy, 2021

Peyvənd hər iki dozanın vurulmasından dörd ay sonra 100 faiz effektivliyini göstərib

"Pfizer" peyvəndi 12-15 yaşlı uşaqlarda 100 faiz effekt göstərib

"Pfizer-BioNTech" peyvəndi ikinci dozanın vurulmasından dörd ay sonra 12-15 yaş qrupunda COVID-19-a qarşı 100 faiz effekt göstərib.

Qazet.az xəbər verir ki, bu barədə "Pfizer" şirkəti öz saytında xəbər verib.

Açıqlamada dərmanın klinik sınaqlarının üçüncü mərhələsində iştirak edən 2228 yeniyetmədən yalnız 30-da xəstəliyin əlamətləri olduğu qeyd edilib. Lakin, onların hamısı Pfizer-BioNTech peyvəndini deyil, boş dərman (plasebo) qəbul ediblər. Beləliklə, peyvənd hər iki dozanın vurulmasından dörd ay sonra 100 faiz effektivliyini göstərib.

Həmçinin qeyd olunub ki, sınaq zamanı ikinci dozadan sonra altı ay ərzində nəzarətdə olan yeniyetmələrin sağlamlığında ciddi təhlükə aşkar edilməyib.

Mənbə