“Pfizer” vaksini uşaqlara da vurulacaq
Cəmiyyət
19:02 19 dek, 2022
Fransada “Pfizer-BioNTech” vaksinlərinin uşaqlara da vurulmasına başlanacaq.
Qazet.az xəbər verir ki, bu barədə ölkənin Ali Səhiyyə Şurası qərar qəbul edib.
Bildirilib ki, bundan sonra 6 aylıq və 4 yaş arasındakı yaş qrupuna düşən uşaqlar da bu vaksinlərlə peyvənd olunacaq.
Qeyd edək ki, bu vaxta qədər koronavirusdan Fransada 106 359 nəfər həyatını itirib. 54 619 988 nəfər isə ən azı bir doza vaksin vurdurub.