Piyada keçidləri işıqlandırılıb
Cəmiyyət
16:58 29 sen, 2022
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxtın iki əsas prospektini əlaqələndirən, nəqliyyatın intensiv hərəkətinin müşahidə olunduğu Müzəffər Nərimanov küçəsində piyada adacıqları inşa edib və eynisəviyyəli piyada keçidlərini işıqlandırmaqla piyada təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırıb.
Bu barədə Qazet.az-a Agentlikdən bildirilib
Məlumata görə, ümumilikdə Bakı şəhərinin inzibati ərazisində 31 ədəd eynisəviyyəli piyada keçidinin bu formada işıqlandırılması təmin edilib. Analoji layihələr davamlı olaraq icra edilməkdədir.