Piyadanı vurub qaçan sürücü saxlanıldı
Hadisə
18:50 30 dek, 2021
Faktla bağlı araşdırma davam edir
![Piyadanı vurub qaçan sürücü saxlanıldı](https://qazet.az/resized/fit900x500/center/pages/46088/e9af72f4-1a30-478b-8a9f-f1e83062dfac.jpeg)
Dekabrın 27-də Gəncədə qəza törədib, piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Qazet.az-ın məlumatına görə Gəncədə Nizami rayon Şeyx Bahəddin küçəsində Tərtər rayon sakini S.Rüstəmovu avtomobil vurması nəticəsində o xəstəxanaya yerləşdirilmişdi. Polis əməkdaşlarının keçirdikləri operativ əməliyyat tədbirləri nəticəsində qəzanı törədən “VAZ 21074” markalı avtomobilin sürücüsü Şəmkir rayon sakini M.Sadıqov aşkar edilərək saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.