Piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı
“Qərb mətbəxinin fast-foodlarının ölkəmizə gətirilməsi bizə xas olmayan mədə-bağırsaq xəstəliklərinin artmasına gətirib çıxarır”.
Qazer.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova bildirib.
Onun sözlərinə görə, 2011-ci ildə ilk dəfə həzm sistemi xəstəlikləri diaqnozu qoyulan 8 yaşadək uşaqların sayı 47 769 nəfər idisə, 2021-ci ildə onların sayı 59 863 mindən çox olub:
“Bu onu göstərir ki, həzm sistemi xəstəlikləri artmağa doğru gedir. Bu da düzgün olmayan qida rasionu və düzgün olmayan qidalardan qaynaqlanır.
Eyni zamanda, 2011-ci ildə 17 yaşına qədər 357 nəfər uşağa piylənmə diaqnozu qoyulmuşdusa, 2021-ci ildə onların sayı 637 nəfər olub. Qızlar arasında piylənmə 4,4 faiz, oğlanlar arasında isə 5,3 faiz təşkil edir”.