Bakı 2˚C Mostly cloudy

Piylənməyə qarşı peyvənd hazırlanıb

Cəmiyyət 21:20 05 yan, 2023
Piylənməyə qarşı peyvənd hazırlanıb

İnsan orqanizmində hipotalamusda və mədədə hazırlanan xüsusi "qrelin" adlı hormon aclıq hissiyatına cavabdehdir.

Bu hormon artıq miqdarda hazırlandıqda insan həddən artıq çox yemək yeyir və təbii olaraq artıq çəki yığır.

Portuqaliyalı tədqiqatçılar yeni vaksin hazırlayıblar ki, orqanizmdə bu hormonun səviyyəsini aşağı salır.

Bu vaxta kimi experimentlər siçanların üzərində aparılıb və çox yaxşı nəticə verib. Araşdırmalar davam edir.

Bilmək lazımdır ki, artıq çəkisi olan insanlar hipertoniya, baş beyini və urək damarlarının ateroskleroz xəstəliyi, şəkərli diabet, onurğa və oynaqların müxtəlif xəstəliklərindən və s. əziyyət çəkirlər.