PKK tərəfdarları Fransada Türkiyə səfirliyinə “Molotov kokteyli” atıb
Xəbərlər
20:21 07 yan, 2023
Naməlum şəxslər Fransanın Marsel şəhərindəki Türkiyənin səfirliyinə hücum edib və “Molotov kokteyli” atıblar. Hadisə yanvarın 5-dən 6-na keçən gecə baş verib.
Bu barədə Qazet.az “BFM TV”yə istinadən xəbər verir.
Şəhərin 8-ci məhəlləsində dörd nəfər Türkiyə səfirliyinə “Molotov kokteyli” atdıqdan sonra hadisə yerindən qaçıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan ikisini saxlamağa müvəffəq olub: biri hadisə yerində, ikincisi isə Kastellan meydanında.
Daha iki nəfər polisdən qaça bilib, hazırda onları axtarışdadır.
Saxlanılanların PKK terror təşkilatının tərəfdarları olduğu məlum olub. Onlar nəzarətə götürülüb, cinayət işi açılıb.