PKK terror qruplaşmasının "liderləri"ndən biri zərərsizləşdirilib
Gündəm
18:34 22 okt, 2021
Türkiyə mediası PKK liderinin zərirsizləşdirildiyini açıqlayıb

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində 3 PKK terrorçusu zərərsizləşdirilib.
Qazet.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat paylaşıb.
Zərərsizləşdirilən terrorçulardan biri qrupun “liderləri"ndən Tayebt Bilendir.
Terrorçunun kod adının "Şilan Guyi" olduğu bildirilib.