Planetin səkkiz milyardıncı sakini harada dünyaya gəlib?
Noyabrın 15-də planetin səkkiz milyardıncı sakini dünyaya gəlib.
Qazet.az bildirir ki, Damian adlı körpə Dominikan Respublikasının paytaxtı Santo Dominqoda (Nuestra Senora de la Altagrasiya) doğulub. Bununla da BMT simvolik olaraq bəşəriyyətin artıq səkkiz milyard əhaliyə çatdığını qeyd edir.
BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, noyabrın ortalarına qədər dünya əhalisinin sayı səkkiz milyard nəfərə çatıb ki, bu da qidalanma, ictimai səhiyyə və sanitariya sahələrində elmi nailiyyətlər və təkmilləşdirmələrdən xəbər verir. Bununla yanaşı, milyardlarla insan ciddi çətinlik çəkir, yüz milyonlarla insan ac qalır. Görünməmiş sayda insan hərəkətdədir, borc, itkilər, müharibələr və iqlim fəlakətlərini aradan qaldırmaq üçün çalışır və fürsət axtarır.
Dominikan Respublikasının Milli Statistika İdarəsinin məlumatına görə, 2020-ci ildə ölkə əhalisinin sayı 10,8 milyon nəfər təşkil edib.