Bakı -1˚C Windy

"Poçt əməkdaşları" evə basqın etdi

Cəmiyyət 12:35 23 noy, 2022
"Poçt əməkdaşları" evə basqın etdi

Bakıda özlərini poçt işçiləri kimi təqdim edən şəxslər evə basqın edib.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonunda noyabrın 21-də səhər saatlarında özlərini poçt işçiləri kimi təqdim edən naməlum şəxslərin mənzillərdən birinə daxil olaraq ev sahibinin baş nahiyəsinə küt alətlə vuraraq evdən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə talamaları barədə polis orqanlarına məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər “isti izlərlə” saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.