Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat edib - FOTO
SSRİ xalq artisti Bela Rudenko vəfat edib
Tanınmış Opera müğənnisi, SSRİ xalq artisti Bela Rudenko vəfat edib.
Qazet.az xəbər verir ki, bu barədə rusiyalı tənqidçi Andrey Plaxov məlumat verib.
“Həyatının 89-cu ilində görkəmli opera müğənnisi Bela Andreyevna Rudenko vəfat edib”, - deyə o, “Facebook”da yazıb.
Qeyd edək ki, B.Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı olub.
Bela Rudenko 18 avqust 1933-cü ildə Ukraynada anadan olub.1956-cı ildə Odessa Konservatoriyasını bitirib, elə həmin ildə Odessa Opera və Balet Teatrında səhnəyə çıxıb. Müğənni Fransa, Böyük Britaniya, İtaliya, İsveç, Yaponiya, Kanada, ABŞ-da opera teatrlarında çıxış edib, SSRİ-də və xaricdə konsert proqramlarını ifa edib.
1960-cı ildə SSRİ xalq artisti kimi tanınıb. 1992-ci ildə solo karyerasını başa vurub və Rusiyada “Bolşoy Teatr”ın İnkişaf Fondunun rəhbəri olub. 1977–2017-ci illərdə Rudenko P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dərs deyib.