Polad Həşimovun plakatını yanğından xilas edən şəxs danışdı - Video
Cəmiyyət
01:45 19 okt, 2021
Görüntülərinin yayılması ilə günün qəhrəmanına çevrilən şəxs İTV-yə danışıb

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl səhər saatlarında “Metro City” ticarət mərkəzində yanğın olub.
“Qazet.az-ın" məlumatına görə, yanğın zamanı ərazidə olan şəxslərdən biri mağazanın ön hissəsindəki Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun şəkli olan plakatın yanmasının qarşısını alıb.
Görüntülərinin yayılması ilə günün qəhrəmanına çevrilən şəxs İTV-yə danışıb:
“Yanandan sonra yaxınlaşdım. Əvvəl buranı duman basdı. Hamı qaçırdı, partlayış vardı. Gördüm, şəkil yanacaq, qaçdım onu çıxarmağa. Əvvəl gücüm çatmadı. Sonra elə bil Allah mənə güc verdi”.