Polis 6 nəfəri qətlə yetirib
Hadisə
15:26 07 dek, 2021
Hadisəni törətdikdən sonra polis özünə qəsd edib
Keniyanın paytaxtı Nayrobinin yaxınlığında polis atəş açaraq 6 nəfəri, o cümlədən öz həyat yoldaşını qətlə yetirib.
Bu barədə Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir.
Hadisə şahidinin sözlərinə görə, evdə həyat yoldaşını qətlə yetirdikdən sonra polis daha 5 nəfəri, o cümlədən 2 mototaksi sürücüsünü öldürüb. Daha 2 nəfər yaralanıb.
Hadisəni törətdikdən sonra polis özünə qəsd edib.