Bakı 5˚C Mostly cloudy

Polis atəş açdı: 6 yaşlı qız gözünü itirdi

Gündəm 10:16 01 dek, 2022
Polis atəş açdı: 6 yaşlı qız gözünü itirdi

İranın İsfahan əyalətinin Məlekşəhr şəhərində öz evlərinin eyivanında oynayarkən İran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 6 yaşlı Beyta Kiyani bir gözünü itirib.

Qazet.az xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb.

Bildirilib ki, qızcığaz eyvanda oynayarkən hərbi-polis qüvvələri onların evi istiqamətində atəş açıb. Güllə 6 yaşlı Beyta Kiyaninin gözünə dəyib. Onun həmin gözünü amputasiya ediblər.

Hadisədən təsirlənən ailə üzvləri və sakinlər bildiriblər ki, evlərində də rahatlıqları yoxdur.

Qeyd edək ki, sentyabrın 17-dən davam edən aksiyalarının qarşısını almaq üçün Tehran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 455 etirazçı ölüb. Onların 60-dan çoxunun uşaq olduğu bildirilib.