Polis bomba qoyulması ilə bağlı təhdiddən sonra hərəkətə keçdi
ABŞ-ın KİV-i polis orqanlarına istinadən naməlum şəxslərin bu ölkənin üç universitetinə eyna vaxtda bomba qoyulması ilə bağlı təhdid xəbərini verib.
Hadisə ABŞ-da baş verib.
ABŞ-ın KİV-i polis orqanlarına istinadən naməlum şəxslərin bu ölkənin üç universitetinə eyna vaxtda bomba qoyulması ilə bağlı təhdid xəbərini verib.
ABŞ-ın KİV-i bomba qoyulması ilə bağlı təhdid xəbərindən sonra Nyu- Yorkdakı Kornell universitetinin bir neçə fakültəsinin təxliyə edilməsi xəbərini yayıb.
Kornell universitetinin tvitter hesabında yazılıb: “Nyu -York polisi telefonla hüquq fakültəsinə bomba qoyulması ilə bağlı hədədən sonra fakültənin Kennedi və Epson salonlarını boşaldıb”.
Rəsmi tvitter hesabında tələbələrə müraciətdə bu salonlardan bacardıqca sürətlə təxliyə olunmaq və universitetin mərkəzi ərazisində durmamaq tövsiyə edilib.
Bir neçə saat sonra Nyu -Yorkdakı Kolumbiya universiteti də eyni şəkildə təhdid olunmuşdur.
Kolumbiya universitetindən bildirilib ki, bomba qoyulması təhlükəsindən təhsil müəssisəsinin iki salonu boşaldılıb.
Ölkənin yerli xəbər saytları Rod-Aylend ştatındakı Braun universitetinin bir neçə tədris binasına da bomba qoyulması haqda xəbər verib.