Polis əməliyyatlar keçirib, 15 tüfəng götürülüb
Hadisə
12:12 17 dek, 2021
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 16-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi götürülüb.
Bu barədə Qazet.az-a Daxili işlər nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.