Bakı 15˚C Intermittent clouds

Polis gücləndirilmiş iş rejimində çalışır

Cəmiyyət 12:20 11 yan, 2023
Polis gücləndirilmiş iş rejimində çalışır

Bakıda polis əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmətini davam etdirir.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xəbər verilib.

Məlumata görə, hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində xidmət təşkil olunub. Xüsusilə, piyadaların hərəkəti ilə bağlı profilaktik tədbirlər icra olunur.