Polis qəbiristanlığa hücum etdi: Xeyli sayda soydaşımız xəsarət aldı
Gündəm
10:32 24 noy, 2022
Güney Azərbaycanda bir neçə gün əvvəl molla rejiminə qarşı təşki olunan aksiyada öldürülən qızın dəfn mərasiminə toplaşan Təbriz sakinləri "Xameneiyə ölüm", "Bu qan yerdə qalmayacaq, "Azadlıq", "Bişərəf" kimi şüarlar səsləndiriblər.
Qazet.az "MOUZE" teleqram kanalına istinadla xəbər verir ki, polis izdihamı dağıtmaq üçü qəbiristanlığa hücum edib. Nəticədə xeyli sayda soydaşımız xəsarət alıb.