Bakı 0˚C Dreary

Polis sakinlərə atəş açdı - ÖLƏNLƏR VAR

Gündəm 17:00 22 noy, 2022
Polis sakinlərə atəş açdı - ÖLƏNLƏR VAR

Hindistanın şərqindəki Assam ştatında polislər bir qrup sakinə atəş açıb.

Qazet.az məlumatına görə, bu gün baş vermiş hadisə nəticəsində 6 nəfər həlak olub.

Qeyd olunur ki, polis əməkdaşları qanunsuz oduncaq daşıyan yük maşınını saxlayıb. Yerli sakinlər baş verənləri izləmək üçün toplaşıb və yekunda polis atəş açmağa başlayıb.

Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Ştat rəhbərliyi həlak olanların ailələrinə təzminat ödəniləcəyini açıqlayıb.