Bakı 25˚C Sunny

Polisdən qaçan miqrant avtobusu qəzaya uğradı:  7 ölü, 4 yaralı

Gündəm 16:56 14 dek, 2021

O, insan alverində və ölümlə nəticələnən qəza törətməkdə təqsirli bilinib

Polisdən qaçan miqrant avtobusu qəzaya uğradı:  7 ölü, 4 yaralı

Qeyri-qanuni qaçqınları daşıyan mikroavtobus Macarıstanın cənubunda qəzaya uğrayıb.

Qazet.az xəbər verir ki, Serbiya sərhədi yaxınlığında baş verən avtobus qəzası nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb.

Polisin məlumatına görə, Serb vətəndaşı olan sürücü yoxlama üçün dayanmaq istəməyib. Yüksək sürətlə hadisə yerini tərk etməyə çalışan sürücü avtobusu gül dükanına çırpıb.

Xəsarət alan sürücü yerindəcə həbs edilib. O, insan alverində və ölümlə nəticələnən qəza törətməkdə təqsirli bilinib.