Bakı 23˚C Sunny

Polisi güllələyib Ermənistana qaçdı

Siyasət 13:18 09 sen, 2022
Polisi güllələyib Ermənistana qaçdı

Gürcüstanın paytaxtı Tbilisidə polis əmədaşını güllələyərək yaralamaqda şübhəli bilinən 42 yaşı kişi Gürcüstan-Ermənistan sərhədində, Sadaxlı buraxılış məntəqəsində qaçmağa cəhd edərkən tutulub.

Qazet.az yerli KİV-ə istinadən xəbər verir ki, məlumat Gürcüstan Daxili İşlər Nazirliyinin saytında yayılıb.

Məlumata görə, istintaq əsasında müəyyən edilb ki, Tbilisidə mübahisə zəminində 32 yaşlı polis əməkdaşını güllələyərək yaralamaqda ittiham olunan şəxs hadisə yerindən qaçıb. Yaralanan polis əməkdaşı hadisə zamanı xidməti vəzifəsini icra etmirmiş. O, Tabidze küçəsində dostları ilə bir yerdə imiş. O, hospitala aparılıb, lazımi tibbi yardım göstərilib və onun həyatı üçün təhlükə yoxdur.

Bildirilib ki, faktla bağlı “Qəsdən sağlamlığa ağır zərər vurma” və “qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə” maddələri üzrə cinayət işi başlanıb. Bu maddələrlə 4 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.