Bakı 3˚C Partly sunny

Polisi vurub qaçan sürücü tutuldu

Hadisə 02:21 12 dek, 2021

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb

Polisi vurub qaçan sürücü tutuldu

Göygöldə polisi maşınla vurub qaçan Hüseynov Rauf Bəkir oğlu saxlanılıb.

Qazet.az xəbər verir ki, yol polisi sürücü Hüseynov Raufa "saxla" əmri verib. Lakin sürücü əmrə tabe olmayıb, polis əməkdaşını idarə etdiyi avtomobil ilə vuraraq hadisə yerindən qaçıb. 

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və sürücünün şəxsiyyəti müəyyən edilib. Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə sürücü barəsində həbs qətimkan tədbiri seçilib.