Polislər şəhid ailələrini ziyarət edib
Cəmiyyət
16:22 07 noy, 2022
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Zəfər Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ailə üzvlərini ziyarət ediblər.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Qazet.az-a verilən məlumata görə, ziyarət zamanı xalqımıza qələbə sevinci yaşadan şəhidlərimizin qəhrəmanlıqlarından danışılıb, onların keçdikləri şərəfli döyüş yolu xatırlanıb. Gələcək nəsillər üçün də örnək olan qəhrəman oğullarımızın əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.
Görüşlər zamanı polis əməkdaşları gətirdikləri sovqatları ailələrə təqdim edib, onların qayğıları ilə maraqlanıblar.