Polislərin maaşı artacaq: Nazir AÇIQLADI
Gələn ildən əməkhaqlarının artırılması nəzərdə tutulub
“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi böyük əhəmiyyət daşıyır. Amma layihə qəbul olunacağı təqdirdə, onun maliyyə yükünü dəqiqliklə qiymətləndirməliyik”.
Qazet.az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, “Hərbi qulluqçuların statusu” haqqında qanun 1992-ci ildə qəbul edilsə də, onun icrasında problemlər yaranıb.
“Həmin qanun icra edilmədi. Çünki qanunun maliyyə təminatı yox idi”, - deyə o əlavə edib.
Nazir deputatların çıxışlarına cavab olaraq onu da deyib ki, Vergi Məcəlləsinə dəyişikliklər olunub.
“Bu dəyişikliklərlə gələn il vergi ödəyicilərinə 50 milyon manat güzəştlər olunması nəzərdə tutulur”, - deyə nazir əlavə edib.
Samir Şərifov deputat Qüdrət Həsənquliyevin polislərin maaşının artırılması barədə təklifinə də reaksiya verib:
“Gələn ildən əməkhaqlarının artırılması nəzərdə tutulub. Hesab edirəm ki, bu artım hüquq-mühafizə orqanlarının əməkdaşlarına da aid ediləcək”.