Polkovnik: “Düşmənin hərbi təxribatlarını özlərinin qəbrinə çevirdik”
Gündəm
14:48 01 okt, 2021
“Sentyabrın 27-də düşmənin hərbi təxribatları özlərinin qəbrinə çevrildi"

“Biz öz hazırlığımızı artırırdıq. Çünki bilirdik ki, gün gələcək və Ali Baş Komandan “İrəli” əmri verəcək”.
Qazet.az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfransda deyib.
O vurğulayıb ki, Ermənistanın sərsəm bəyanatları Azərbaycanın hər bir vətəndaşının hissiyatına toxunurdu: “Sentyabrın 27-də düşmənin hərbi təxribatları özlərinin qəbrinə çevrildi. Ali Baş Komandanın həmin gün verdiyi əmrlə düşməni məhv etməyə başladıq. Müharibənin ilk günündən düşmənin “Ohanyan səddi”ni keçib irəli getdik”.