Bakı 19˚C Mostly cloudy

Polşa “Abrams”ları ölkənin şərqinə yeridir

Xəbərlər 21:27 20 sen, 2022
Polşa “Abrams”ları ölkənin şərqinə yeridir

Polşa ABŞ-dan aldığı “Apaçi” helikopterləri və “Abrams” tanklarını ölkənin şərqinə yerləşdirəcək.

Qazet.az xəbər verir ki, bu barədə Polşa milli müdafiə naziri Mariuş Blaşak məlumat verib.

"Polşa təhlükələrə cavab olaraq ordusunu gücləndirir və qurur. Biz bunun üçün Polşa ordusunun sayını artırırıq. Həmçinin, yeni bölmələr yaradır, müasir silahlarla təchiz edirik. Məqsədimiz isə ölkəmizin şərqində təhlükəsizliyi təmin etməkdir”, - nazir bildirib.