Polşa - Belarus sərhədində xeyli sayda miqrant saxlanılıb
Gündəm
16:10 18 noy, 2021
Bu ildə Belarus tərəfindən ölkə ərazisinə 32 mindən çox giriş cəhdi edilib

Belarusdan ötən gecə Polşaya keçmək istəyən 100-ə yaxın qanunsuz miqrant saxlanılıb.
Qazet.az “İnterfax”a istinadən xəbər verir ki, Polşa Müdafiə Nazirliyinin məlumatına görə, bunu təşkil edənlər Belarus xüsusi təyinatlılarının sərhəd qurğularına ziyan vurub və miqrantları sərhədçilərə daş atmağa təhrik ediblər.
Bütövlükdə, bu ildə Belarus tərəfindən ölkə ərazisinə 32 mindən çox giriş cəhdi edilib, 2 mindən çox miqrantın sərhədboyu düşərgələrdə yerləşdirilib.