Bakı 9˚C Dreary

Polşa Belarusla sərhəd bölgələrdə fövqəladə vəziyyətin vaxtını uzadıb

Siyasət 12:16 30 sen, 2021

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb

Polşa Belarusla sərhəd bölgələrdə fövqəladə vəziyyətin vaxtını uzadıb

Polşa Prezidenti Andjey Duda Belarus ilə sərhədboyu bölgələrdə fövqəladə vəziyyətin daha 60 gün uzadılması haqqında fərman imzalayıb.

Qazet.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərman təsdiqlənməsi üçün parlamentə göndərilib. Fövqəladə vəziyyətin elan edildiyi bölgədə yerli sakinlərin hərəkəti sərbəst olacaq.

Həmin ərazidə yaşayış qeydiyyatında olmayan şəxslərin, eləcə də mətbuat nümayəndələrinin bölgəyə daxil olmasına icazə verilməyəcək.

Qeyd edək ki, Polşa bununla qaçqın və qeyri-leqal miqrantların şərq qonşusunun ərazisindən keçərək ölkəyə qanunsuz daxil olmasının qarşını almağa çalışır.