Bakı 13˚C Mostly cloudy

Polşa Belarusla sərhəddə hasar çəkir - VİDEO

Gündəm 13:38 26 yan, 2022

Polşa Sərhəd Mühafizəsinin məlumatına görə, 2021-ci ilin payızının əvvəlindən Belarusdan sərhədi qanunsuz keçməyə 20 minə yaxın cəhd qeydə alınıb

Polşa Belarusla sərhəddə hasar çəkir - <span style="color:red">VİDEO</span>

Polşa Belarusla sərhəddə hasar çəkməyə başlayıb.

Qazet.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi tviter səhifəsində məlumat yayıb.

“Polşa-Belarus sərhədində hasarın tikintisinə başlanılıb. Bu gün Sərhəd Mühafizəsi tikinti sahələrini podratçılara təhvil verib”, - məlumatda deyilir.

Hasarın uzunluğu 186 kilometr olacaq. Layihənin dəyəri 1,6 milyard zlotdur.

Qeyd edək ki, 2021-ci ilin noyabrında minlərlə miqrant Polşa-Belarus sərhədində toplanıb. Onlardan bəziləri Polşaya girməyə çalışsalar da, bu mümkün olmayıb. Polşa hakimiyyəti hərbçiləri, hüquq-mühafizə orqanlarının nümayəndələrini, eləcə də hərbi texnikanı sərhədə göndərib.

Polşa Sərhəd Mühafizəsinin məlumatına görə, 2021-ci ilin payızının əvvəlindən Belarusdan sərhədi qanunsuz keçməyə 20 minə yaxın cəhd qeydə alınıb.