Polşa Belarusu geri addım atmağa məcbur edib - Hibrid müharibə
Polşa Aİ, NATO və ABŞ-dan dəstək alaraq Belarusu geri addım atmağa vadar etdi
“Polşa və onun qonşularının qətiyyətli müqaviməti Belarus prezidenti Aleksandr Lukaşenkonu Aİ-nin şərq sərhəddinə miqrant axınının təşkilindən əl çəkməyə məcbur edib.”
Qazet.az xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Mateuş Moravetski Riqada Latviyanın baş naziri Arturs Krişyanis Karinş ilə Aİ üzvlərinin Belarusla sərhədlərində vəziyyətlə bağlı danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.
Aİ şərq sərhədlərində yeni miqrant dalğasının Belarusa qarşı tətbiq etdiyi Aİ sanksiyalarına cavab olaraq Lukaşenko tərəfindən təşkil edildiyini bildirir.
“Bu, təkcə Polşa və Litva ilə süni şəkildə yaradılmış münaqişə deyil, NATO və Avropa İttifaqının şərq sərhədini yarmaq cəhdidir”.
"Biz Belarus və Rusiyanın Özbəkistan və Əfqanıstanla diplomatik və rəsmi əlaqələri haqqında bilirik.
Onlar çox güman ki, Əfqanıstandakı böhrandan miqrant böhranının öz xeyirlərinə istifadə etməyə çalışacaqlar".
O, bu hərəkəti bloka qarşı “hibrid hücum” adlandırır. Belarus isə ittihamları rədd edir.
Moravetski, Polşa və Aİ-yə miqrant təzyiqinin davam edəcəyini gözlədiyini, lakin indi Əfqanıstan kimi başqa bölgədən miqrant axının təşkil ediləcəyini iddia edib.
Polşa bütün Avropanın sərhədini qoruduğunu söyləyərək miqrantları geri itələyir.
Qeyd edək ki, Polşa Aİ, NATO və ABŞ-dan dəstək alıb.