Polşa beynəlxalq məhkəmələr vasitəsilə Almaniyadan təzminat tələb edə bilər
Polşa İkinci Dünya müharibəsində dəymiş ziyanın ödənilməsi məsələsində Almaniya ilə danışıqlar aparmağı planlaşdırır.
Qazet.az xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski bəyan edib.
Onun sözlərinə görə, nasistlərin qurbanlarının yarısını yəhudilər təşkil etdiyi üçün bu danışıqlara İsrail nümayəndələri də dəvət olunacaq.
Polşanın baş naziri həmçinin təzminat məsələsi ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etməyi də istisna etməyib.
O qeyd edib ki, ekvivalent 6,2 trilyon zlot Almaniya üçün elə də böyük məbləğ deyil.
Baş nazir, Polşanın müharibə zamanı Avropanın digər ölkələrindən daha çox əziyyət çəkdiyini, lakin təzminat almadığını və bu səbəbdən Varşavanın müvafiq diplomatik nota ilə Berlinə üz tutmağı planlaşdırdığını qeyd edib.