Polşa ilə Belarus sərhədinə beton divar çəkiləcək
Gündəm
15:43 15 noy, 2021
Sərhəddə 4 min sərhədçi, 2 min polis əməkdaşı və ordunun 15 min əsgərini yerləşdirib
Polşa Belarusla sərhədə divar hörəcək.
Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Polşanın daxili işlər və administrasiya nazirinin müavini Maçey Vonsik yerli radioya bildirib.
O, 2022-ci ilin birinci yarısında divar tikintisini başa çatdırmaq istədiklərini deyib.
Məlumata görə, hazırda Polşa iki ölkə sərhədinə 4 min sərhədçi, 2 min polis əməkdaşı və ordunun 15 min əsgərini yerləşdirib.
Qeyd edək ki, İraqdan təyyarə ilə Belarusa gətirilən qaçqınlar Polşaya keçməyə cəhd göstərirlər.