Bakı -1˚C Windy

Polşa ordusunun sayı 160 min əsgərə qədər artdı

Gündəm 06:14 26 okt, 2022
Polşa ordusunun sayı 160 min əsgərə qədər artdı

Polşa milli müdafiə nazirinin müavini Voytsex Skurkeviç bildirib ki, respublika ordusunun sayı 160 min nəfərə çatıb. 

Qazet.az xəbər verir ki, 2022-ci ilin əvvəlində Polşa ordusunun sayı təxminən 111,5 min peşəkar əsgər və 32 min ərazi müdafiə qüvvələrinin nümayəndəsi olub. 

“Biz Polşa ordusunun gücünü 300 minə çatdırmağa çalışırıq və bu bizim strateji sənədlərimizdə yazılıb. Bu, əlbəttə ki, 2035-ci ilin perspektividir, lakin biz ardıcıl olaraq (ordunun sayını) artırırıq”, - Skurkeviç bildirib.

O qeyd edib ki, bu rəqəm Polşanın təhlükəsizliyinə zəmanət verə bilər.