Bakı 10˚C Mostly sunny

Polşa Prezidenti: “NATO döyüşə hazır vəziyyətdədir”

Gündəm 04:04 16 noy, 2022
Polşa Prezidenti: “NATO döyüşə hazır vəziyyətdədir”

“NATO döyüşə hazır vəziyyətdədir”.

Qazet.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda ölkəsinin şərqindəki raket insidenti ilə əlaqədar çıxışında bildirib.

“Bu gün söhbət etdiyim bütün liderlər 5-ci maddə daxil olmaqla nizamnamənin bütün müddəalarına hörmətlə yanaşaraq məni müttəfiq dəstəyində əmin ediblər. Bu məsələni birlikdə müzakirə edəcəyik”, - dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, Polşa silahlı qüvvələrinin, o cümlədən hava hücumundan müdafiə sisteminin hazırlığı artırılıb: “Təyyarələrimiz müttəfiqlərin təyyarələrini dəstəkləyəcək. Biz sakit və hesablı şəkildə davranırıq”.

Eyni zamanda, Polşa lideri raketin kimin buraxdığına dair qəti sübutun olmadığını açıqlayıb: “Faktla bağlı araşdırmalar aparılır. Çox güman ki, bu, Rusiya istehsalı olan raket idi”.